Hikmət Hacıyev: "Yaxın Şərqdə münaqişənin kəskinləşməsi şəraitində Orta Dəhliz əlavə əhəmiyyət qazanır"

media-hightechnic-468x90

Orta Dəhliz nəqliyyat marşrutundan Avropa, Cənubi Qafqaz, Mərkəzi Asiya və digər ölkələri birləşdirən strateji geoiqtisadi sistemə dərin keçid mərhələsindədir.

media-banner_tuq

Yenicag.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Prezidentin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Trans-Xəzər Forumunda onlayn formatda çıxışı zamanı deyib.

O bildirib ki, Körfəz bölgəsində və Yaxın Şərqdə münaqişənin kəskinləşməsi şəraitində Orta Dəhliz əlavə əhəmiyyət qazanır. “Orta Dəhlizin vacib əsas komponentlərindən biri Bakı-Tbilisi-Qars dəmir yoludur. Bağlantı arxitekturasının vacib bir ölçüsü də Azərbaycanın Naxçıvan bölgəsi ilə əlaqəlidir. Yaranmaqda olan Zəngəzur dəhlizi getdikcə Orta Dəhlizin strateji seqmenti kimi qəbul edilir. O, Şərq-Qərb əlaqəsini gücləndirməklə yanaşı, Azərbaycanın Türkiyə və daha geniş coğrafiyada Avropa ölkələri ilə birbaşa əlaqəsini gücləndirmək potensialına malikdir”, – Prezidentin köməkçisi əlavə edib.

 

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05