Efirdən gedən Tolik: “Geriyə çəkilmək məğlubiyyət deyil”

media-hightechnic-468x90

 

media-banner_tkm

 

“Unutma, bəzən geriyə çəkilmək məğlubiyyət deyil. Bəzən yenidən daha güclü qayıtmaq üçün ruhun özünə vaxt istəyir. Və o vaxt gəldikdə, insan bir daha anlayır ki, içindəki işıq heç vaxt sönməyib, sadəcə bir müddət sakitcə yanıb”.

Yenicag.az xəbər verir ki, bu sözləri prodüser, aparıcı Tarix Əliyev sosial şəbəkə hesabındakı paylaşımında yazıb.

Tolik iç dünyasını belə ifadə edib:

“Bəzən insan elə bilir ki, artıq hər şey bitib. Gücü qalmayıb, həvəsi qalmayıb, arzuları yorulub. Hətta özünə belə inamı azalır. Amma həyatın qəribə bir qanunu var – elə bir səhər açılır ki, qəlbinə yenidən işıq dolur. İçində yeni bir güc, yeni bir ümid, yeni bir yaşamaq və yaratmaq həvəsi oyanır.

O zaman anlayırsan ki, sən heç vaxt itməyibsən, heç vaxt dəyişməmisən. Sən yenə də həmin güclü, mübariz və arzularının arxasınca gedən insansan. Sadəcə həyatın yorğunluğundan bir az dayanıb nəfəs almısan, ruhuna və qəlbinə istirahət vermisən”.

Nehru

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05