Mənsum İbrahimovun cavan qalmasının SİRRİ: “Hər gün mütləq bunu edirəm”
Xalq artisti, ustad xanəndə Mənsum İbrahimov formada qalmağının sirrini açıqlayıb.
Yenicag.az xəbər verir ki, muğam ifaçısı bu barədə “Qonaqcanlı” verilişində danışıb.
O, illərdir ki, hər səhər yürüş etdiyini açıqlayıb:
“Hər səhər saat 5-də yuxudan durub, yürüş edirəm. Bunu vərdiş halına gətirəndə çox rahat olur. Hətta gecə saat 2-də yatsam da, mütləq şəkildə qalxıb səhər yürüşümü edirəm. Botanika bağına gedirəm. Orada təmizlik də yüksək səviyyədədir. Birinci növbədə, yürüş sağlamlıqdır. Həmin gün özümü o qədər rahat, gümrah hiss edirəm ki… Baxmayaraq 50 tədbirim olsun, amma yenə yorulmuram. Hər səhər 8,5 kilometr iri addımlarla yeriyirəm. Qışda saat 6-da, yayda da saat 5-də mütləq şəkildə ayaq üstündə olmalıyam”.
Nehru













