Ərdoğan CHP-ni sərt tənqid etdi

media-hightechnic-468x90

Cümhuriyyət Xalq Partiyasının (CHP) 38-ci qurultayı ilə bağlı müzakirələrdə qurultayı keçirən də, qurultaya nöqsan qarışdığını iddia edən də, bu iddiaları sənədləri ilə birlikdə məhkəməyə aparıb haqqını axtaran da CHP üzvləridir.

media-banner_tkm

Yenicag.az xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “X” sosial şəbəkə hesabında yazıb.

“Qazi Mustafa Kamalın (Atatürkün – red.) qurduğu partiyanı, üzr istəyərək deyirəm, pavyon masalarına salanlar yenə özləridir”, – o bildirib.

Ərdoğanın sözlərinə görə, rüşvət ittihamları da CHP üzvləri arasındadır:

“Dünən “xalqın ümidi” dediklərinə bu gün “xain” damğası vuranlar da özlərindən başqası deyil”.

Xatırladaq ki, 4-5 noyabr 2023-cü ildə keçirilən qurultayın nəticələrinin ləğv edilməsindən sonra keçmiş rəhbərlik CHP-nin mərkəzi qərargahından çıxarılıb. Qurultayda seçilən rəhbərliyin tərəfdarları yenidən sədrliyə qaytarılan Kamal Kılıçdaroğlunun komandasının qərargah binasına daxil olmasını əngəlləyib.

Qeyd edək ki, 2026-cı il mayın 21-də Ankara Bölgə Ədalət Məhkəməsi CXP-nin 4-5 noyabr 2023-cü ildə keçirilən qurultayının nəticələrini ləğv edib. Beləliklə, qurultayda CXP sədri seçilən Özgür Özel vəzifəsindən kənarlaşdırılıb, onun qalib gəldiyi Kamal Kılıçdaroğlu isə partiya rəhbərliyinə bərpa edilib.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05