Bu qurumlar birləşdirilir - FƏRMAN

media-hightechnic-468x90

Bakı Şəhər Heyvanat Parkı ilə “Sahibsiz Heyvanlara Qayğı Mərkəzi” birləşdirmə yolu ilə yenidən təşkil olunacaq.

media-banner_tkm

Yenicag.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Fərman imzalayıb.

“Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində Bakı Şəhər Heyvanat Parkının “Bir sıra dövlət qurumlarının fəaliyyətinin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 20 fevral tarixli 599 nömrəli Fərmanının 4.3-cü bəndinə əsasən yaradılması nəzərdə tutulan Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində “Sahibsiz Heyvanlara Qayğı Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinə birləşmə yolu ilə yenidən təşkilini təmin etsin”.

Digər fərmanla Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində “Diplomatik korpusa və xarici nümayəndəliklərə xidmət göstərən müdiriyyət “İnterservis” Bakı Şəhər İcra Hakimiyyətinin fəaliyyət istiqamətləri nəzərə alınmaqla yenidən təşkil olunacaq.

Bundan başqa, Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində “Bakımənzilkommunlayihə” Layihə İnstitutunun ləğv edilməsi ilə bağlı zəruri tədbirlər görüləcək:

“Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində olan “Yaşıl Teatr” Bakı Konsert Kompleksinin və Bakı Şəhər Bələdiyyə Teatrının bütün əmlakı ilə birlikdə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin tabeliyinə verilməsini təmin etsin”.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05