Putin ölən pilotu mükafatlandırdı – Rusiya qəhrəmanı

media-hightechnic-468x90

PUTIN_2670263bRusiya prezidenti Vladimir Putin Suriyada həlak olan “Su-24” təyyarəsinin komandirinə ölümündən sonra “Rusiya qəhrəmanı” ulduzunun verilməsi haqqında qərar qəbul edib.

media-banner_tuq

Bu barədə jurnalistlərə açıqlamasında Rusiya liderinin özü bildirib.

Onun sözlərinə görə, xilas edilərək Xmeyim bazasına gətirilən Rusiya şturmanına da dövlət mükafatları veriləcək.

“O, xilas edilib, hesab edirəm ki, hazırda o hərbi bazadadır. Ona, həmçinin xilasetmə əməliyyatları da daxil olmaqla əməliyyatlara iştirak edən şəxslərə dövlət mükafatları veriləcək. Müdafiə Nazirliyi bununla bağlı təklif irəli sürüb”, – deyə Putin qeyd edib.

Xatırladaq ki, Rusiyaya məxsus qırıcı təyyarə ötən gün Türkiyənin Suriya ilə sərhədindəki Hatay vilayətində vurulub. Hərbi təyyarə Türkmən dağı ərazisindəki Qızıldağ istiqamətində yerə düşüb(Azvision).

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05