Reklam: High Technic
hightechnic

Rusiyalı politoloq: “Putin qalib gələcək, Qrudinin ikinci olacaq, Sobçak isə...”

Rusiyalı ekspertlər bu ölkədə sabah keçiriləcək prezident seçkilərinin nəticələrinin artıq bəlli olduğuna şübhə etmirlər.

Rusiyalı politoloq Konstantin Kalaçov xüsusi olaraq, Yenicag.ru-ya yazdığı məqaləsində Rusiyada martın 18-də keçiriləcək prezident seçkilərində namizədlərin şanslarını dəyərləndirib.

Kalaçovun fikrincə, 18 mart seçkilərində Rusiyanın fəaliyyətdə olan prezidenti Vladimir Putinin qələbəsi şübhə doğurmur:

“Putinin rəqibi yoxdur, onun qələbəsi hələ seçkilərin təyin olunmasından əvvəl məlum idi”.

Siyasi şərhçi Rusiya seçkilərində ikinci yeri kommunistlərin namizədi olan Pavel Qrudininin tutacağını proqnozlaşdırır:

“Onun əleyhinə qarayaxma kampaniyası aparılsa da bu, əks-effekt verdi. Qrudininin təqribən 20 faiz səs toplayaraq, ikinci yeri tutacağı gözlənilir. Halbuki, kampaniyanın əvvəlində onun 10 faizdən çox səs toplayacağı düşünülmürdü”.

Kalaçov Rusiya seçkilərinin ekstravaqant namizədi Kseniya Sobçakın şanslarını minimum səviyyədə qiymətləndirib:

“Sobçak” layihəsi gözlənildiyindən də uğursuz alındı. Əgər Sobçak 2-3 faiz səs toplasa, bu, onun üçün uğur sayılmalıdır”.

Müəllif seçki nəticələrinin öncədən məlum olması səbəbindən, kampaniyada hər hansı hərc-mərcliyin olmadığını yazıb:

“İntriqa yoxdur, qalib əvvəldən məlumdur – bu isə seçici fəallığına mənfi təsir göstərə bilər. Nə qədər gözlənilsə də, Putinin seçki proqramı açıqlanmadı. Eyni zamanda, bu çərçivədə Putinin “Güclü prezident, güclü Rusiya” şüarı da seçici üçün yetərli deyil. Lakin bu məqamlar Putinin yenidən prezident seçilmək şansına təsir etməyəcək”.

www.yenicag.az

834