!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Putin Qarabağda həlledici zərbəyə hazırlaşır

!Reklam – Yazi

Son günlər Ukraynanın şərqi Donbasda vəziyyətin gərginləşməsi, Ukrayna ordusu ilə separatçılar arasında qızğın döyüşlərin yenidən başlaması nəticəsində xeyli itkinin olması Rusiyanın birbaşa rol oynadığı digər münaqişələri də gündəmə gətirib.

Dünyanın nüfuzlu KİV-ləri Donbasda döyüşlərin Rusiya prezidenti Vladimir Putinin amerikalı həmkarı Donald Trampla telefon danışığından sonra başlamasına diqqət çəkib.

Polşanın məşhur “wpolityce.pl” analitik internet portalında dərc edilən məqalədə qeyd olunur ki, Donbasda eskalasiyanın baş verməsi Rusiyanın təxribatıdır və Tramp adminstrasiyasına konkret mesajdır.

“Putin sadəcə olaraq öyrənmək istəyir ki, Tramp Moskvaya qarşı münasibətlərində nə qədər səmimidir və hansısa güzəştlərə getməyə hazırdır, ya yox”, – deyə məqalədə vurğulanır.

Polşan müdafiə nazirinin sabiq müavini general Valdemar Skşipçak isə fronda.pl analitik internet portalına müsahibəsində deyib ki, Vladimir Putin Ukrayna problemini, eyni zamanda Dağlıq Qarabağ münaqişəsini, Gürcüstanda separatçı respublikalar məsələsini tezliklə öz xeyrinə həll etmək istəyir.

Onun sözlərinə görə, Putin başa düşür ki, bu münaqişələri indi özünün istədiyi çərçivədə həll etməsə, gələcəkdə Birləşmiş Ştatlarla danışıqlar aparmaq onun üçün çətin olacaq.

“Moskva münaqişələri danışıqlar yolu ilə həll etməyə və hansısa razılaşmaların əldə olunmasına çalışır”, – deyə general bildirib.

Təsadüfi deyil ki, son vaxtlar Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində erməni tərəfinin təxribatı artıb. Hətta qanlı toqquşmalar Qarabağdan çıxaraq, Azərbaycan-Ermənistan dövlət sərhədində də baş verib. Ola bilər ki, Rusiya Ukraynanın şərqindəki kimi Dağlıq Qarabağda da gərginliyi artırmağa çalışır.

Bir müddət əvvəl isə ABŞ-ın “Washington Times” qəzetində Dağlıq Qarabağ münaqişəsinə dair məqalə dərc olunmuşdu. Bildirilirdi ki, Donald Trampın qarşısında duran əsas vəzifələrdən biri Vladimir Putini sülh razılaşmasının əldə olunması üçün Azərbaycanın işğal olunmuş torpaqlarından Erməni silahlı qüvvələrinin dərhal və qeyd-şərtsiz çıxarılmasına inandırmaqdır.

“İkincisi, bunun əvəzində Azərbaycan qaz kəmərlərinin Ermənistandan Avropaya keçməsinə razılıq verə bilər. Üçüncüsü, münaqişə tərəfləri Dağlıq Qarabağa yüksək statuslu müxtariyyətin verilməsi razılığına gəlməlidir. ABŞ, Rusiya və Fransa sülhməramlıları Dağlıq Qarabağa yerləşdiriləcək. Dördüncüsü, sülhə əlaqədar iki ölkə arasında infrastruktur layihələrini maliyyələşdirmək üçün yaradılmış fondun sayəsində məsələn, Bakıdan Ermənistandan keçərək Naxşıvana qatar reysini açıla bilər”, – deyə müəllif yazır.

Yenicag.az

www.yenicag.az

561
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv