Putin sammiti vaxtından əvvəl tərk edib
Rusiya prezidenti Vladimir Putin “böyük iyirmiliy”in sammitini vaxtından əvvəl tərk edib.
Putin Avstraliyanın Brisben şəhərində keçirilən sammitin işgüzar səhər yeməyində iştirak etməyib. Əvəzində yemək davam edən müddətdə o, mətbuat konfransı keçirib.
Görüşü konstruktiv və məhsuladar adlandıran Putin vaxtından əvvəl getməsinin səbəbini də açıqlayıb. Onun sözlərinə görə, görüşü vaxtından əvvəl tərk etməyinə səbəb iş qrafikinin ağır olması və yatmağa ehtiyacının olması ilə açıqlayıb. O həmçinin jurnalistlərdən bunu spekulyasiya predmetinə çevirməməyi xahiş edib.
Xatırladaq ki, hələ sammit gedən müddətdə Putinin “G-20” sammitini vaxtından əvvəl tərk edəcəyi haqqında xəbərlər yayılsa da, Rusiya Federasiyası prezidentinin mətbuat katibi Dimitri Peskov bununla bağlı yayılan xəbərləri təkzib edib onları cəfəngiyat adlandırmışdı.