Putin-Tramp görüşünə hazırlıq dayandırıldı

media-hightechnic-468x90

ABŞ və Rusiya iki ölkə lideri Donald Tramp və Vladimir Putin arasında Budapeştdə keçiriləcək görüşə hazırlığı dayandırıb.

Yenicag.az xəbər verir ki, bu barədə “NBC News” telekanalının müxbiri Qarret Haake Ağ Evin yüksək vəzifəli rəsmisinə istinadən sosial şəbəkədə məlumat yayıb.

“Dövlət katibi Marko Rubio ilə Rusiyanın xarici işlər naziri Sergey Lavrov arasında ilk telefon danışığı məhsuldar olub. Lakin ABŞ Prezidenti hesab edir ki, hər iki tərəf danışıqların irəliləməsi üçün hələ kifayət qədər hazır deyil”, – nəşr bildirib.

“Financial Times” daha əvvəl Rubio və Lavrovun oktyabrın 30-da Macarıstanın paytaxtında görüşəcəyini bildirmişdi./Report/

 

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 21.10.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa