!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Putin: “Türkiyə ilə birlikdə verdiyimiz qərarlar strateji əhəmiyyət daşıyır”

!Reklam – Yazi

Bu gün Soçidə Rusiya prezidenti Vladimir Putin və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan arasında görüş keçirilib.

Yeniçağ.Az Türkiyə mediasına istinadən xəbər verir ki, qarşılanma zamanı qısa fikirlərini bildirən Ərdoğan “Rusiya və Türkiyənin atacağı addımlar regionun taleyini dəyişəcək”, – deyib.

Rusiya prezidenti isə öz növbəsində bildirib ki, iki ölkə arasında əldə olunmuş anlaşmaların qısa müddətdə təsdiqlənməsi lazımdır:

“Dəvətimizi qəbul edib, Soçiyə gəldiyiniz üçün sizə minnətdarlığımı bildirirəm. Münasibətlərimiz anlaşdığımız qaydada davam edir. Bu görüşlə ikitərəfli münasibətlər və Suriya böhranı başda olmaqla, aktual məsələləri müzakirə imkanı yarandığı üçün məmnunam. Sizinlə görüşümüzün intensivliyi Türkiyə-Rusiya münasibətlərinin normallaşdırılmasından sonra xüsusi xarakter daşıdığının göstəricisidir.

Cənab Prezident, Rusiyaya xoş gəldiniz. Türkiyədə keçirilmiş referendum münasibətilə Sizi təbrik edirəm. Türkiyədə daxili siyasi sabitliyin möhkəmlənməsi ikitərəfli əlaqələrin genişlənməsinə müsbət təsir göstərəcək.
Çünki sizinlə birlikdə qəbul etdiyimiz qərarların əksəriyyəti strateji əhəmiyyətlidir və onların parlamentlərimizdə tezliklə təsdiqlənməsi lazımdır”.

Yeniçağ.Az

www.yenicag.az

534
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv