Rusiya dövlət başçısı Vladimir Putin, Türkiyəyə və Türkiyə vətəndaşlarına qarşı bəzi iqtisadi məhdudiyyətlərin aradan qaldırılmasını təsdiqləyib.
Yenicag.Az xəbər verir ki, Putinin təsdiq etdiyi qərarla türk şirkətlərinin Rusiya sərhədləri daxilində fəaliyyət göstərməsinə və türk vətəndaşların Rusiyadakı məşğulluğuna qoyulan qadağalar ləğv edilib.
Həmçinin, bu qərarla Rusiyaya vizasız səyahət edən Türkiyə vətəndaşlarının sayı və əhatə dairəsi də artırılıb. Təyyarə heyəti, Rusiyaya qısa müddətli iş üçün gedən xidməti vəsiqəsi mövcud olan Türkiyə vətəndaşları, həmçinin Rusiyada diplomatik nümayəndəliklərdə çalışan şəxslər və onların ailələri Rusiyaya vizasız gedə biləcəklər.