“Europol” narkotik qaçaqmalçılarının QARŞISINI ALDI

media-hightechnic-468x90

Avropa Polis İdarəsi (“Europol”) Kolumbiyadan Belçikaya kokain pastası daşıyan beynəlxalq narkotik qaçaqmalçılığı şəbəkəsinin zərərsizləşdirildiyini açıqlayıb.

Yenicag.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.

“Europol”un məlumatına görə, aparılan əməliyyat nəticəsində ümumilikdə 14 nəfər saxlanılıb. Onlardan 11-i Belçikada, 2-si Almaniyada, 1-i isə İtaliyada həbs olunub.

Məlumata əsasən, şəbəkəyə Kolumbiyadakı təchizatçılar və Belçikadakı kimyaçılarla əlaqə saxlayan italyan mənşəli bir ailə rəhbərlik edirmiş. Narkotik maddə olan kokain pastası Kolumbiyadan Avropa limanlarına daşınıb, daha sonra isə Belçikadakı anbarlarda saxlanılıb və həmin məkanlar laboratoriya kimi istifadə olunub.

Qurum qeyd edib ki, bu həbslər Belçikada artan narkotik zorakılığına qarşı mübarizə çərçivəsində həyata keçirilib. Ona görə ki, son zamanlar ölkədə rəqib narkokartellər arasında baş verən qarşıdurmalar cinayətkarlıq səviyyəsinin yüksəlməsinə səbəb olub.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 22.06.2025

media-ziraat-160x600
media-ziraat-160x600