Putin Ukraynadan nə danışdı?
Rusiya prezidenti Vladimir Putin Ukraynanın cənub-şərqində Kremlin heç bir hərbi mütəxəssisi və birləşməsinin olmadığını deyib.
Putin bunu Fransanın TF1 kanalına verdiyi müsahibəsində bildirib.
Putin eyni zamanda Rusiyanın Ukraynanın cənub-şərqini işğal etmək planlarının olması ilə bağlı yayılan məlumatları da təkzib edib: “Yox, biz heç vaxt bununla məşğul olmamışıq, olmayacağıq da. Ukrayna hakimiyyəti bu gün öz əhalisi silahın, tankın, təyyarənin dili ilə deyil, danışıqlar prosesi ilə dialoqa başlamalıdır”.
Onun sözlərinə görə, Ukrayna böhranı “Soyuq Müharibə” üçün bəhanə olmamalıdır və onun nizamlanması danışıqlardan keçir.