Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Putin və Ərdoğan Qətər ətrafında vəziyyəti müzakirə ediblər

Rusiya prezidenti Vladimir Putin və onun türkiyəli həmkarı Rəcəb Tayyip Ərdoğan arasında telefon danışığı olub.

Yenicag.az-ın “APA”ya istinadən verdiyi xəbərinə görə, bu barədə Kremlin məlumatında bildirilir.

Məlumatda bildirilir ki, prezidentlər telefon danışığı zamanı Qətər ətrafında vəziyyəti müzakirə ediblər.

“Dövlət başçıları Fars körfəzində sülh və sabitliyin qorunması üçün bütün tərəfləri güzəşt əsasında dialoqa çağırıblar”, məlumatda qeyd edilib.

Söhbət zamanı həmçinin vurğulanıb ki, Yaxın Şərqdə yaşanan kəskin böhranın aradan qaldırılması və terror təhdidləri ilə mübarizə beynəlxalq ictimaiyyət sıx təmas və əlaqələndirmə tələb edir. Telefon danışığı Türkiyə tərəfinin təşəbbüsü ilə keçirilib.

Qeyd edək ki, bazar ertəsi Səudiyyə Ərəbistanı, Misir, Bəhreyn və BƏƏ Qətərlə diplomatik əlaqələri kəsdiklərini bəyan edib. Onlar qərarlarını Qətərin apardığı siyasətin bölgədə təhlükəsizliyə mənfi təsiri, terrorizmə dəstək və İrana yaxın qruplaşmalara maddi yardım göstərməsi ilə əsaslandırıblar. Ardınca Liviya və Yəmən Qətərlə diplomatik əlaqələrin dayandırıldığını bəyan edib.

Yenicag.az

www.yenicag.az

583
reyting.az
www.interpress.az
www.busaat.az
MARGIN-BOTTOM

Ziraat Bank New 768×90 / 320×100