Putin və Poroşenko görüşdü

media-hightechnic-468x90

rrrrrrrrrrrr56Ukrayna prezidenti Pyotr Poroşenko və Rusiya prezidenti Vladimir Putin arasında bu gün telefon danışığı olub.

Bu barədə jurnalistlərə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib. Peskov telefon danışığının kimin təşəbbüsü ilə baş tutduğunu açıqlamayıb.

“Ukrayna prezidenti ölkənin cənub-şərqindəki vəziyyətin nizamlanmasına dair planı barədə Vladimir Putini məlumatlandırıb”, deyə Peskov bildirib və əlavə edib ki, dövlət başçıları həmçinin ikitərəfli münasibətlərin inkişafına dair məsələləri müzakirə ediblər.

Bundan başqa, Peskovun sözlərinə görə, Poroşenko Putini Rusiya günü münasibəti ilə də təbrik edib.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600