Putinin növbəti hədəfi Azərbaycandır? – Şərhlər

media-hightechnic-468x90

RUSSIA-POLITICS-PUTIN“Putinin növbəti hədəflərindən biri Azərbaycan ola bilər”. Bu fikir ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə sabiq müşaviri, nüfuzlu politoloq Zbiqnev Bzejinskiyə məxsusdur.

Politoloq Nati Miri Yenicag.az-a açıqlamasında qeyd edib ki, Bzesinskinin açıqlaması bir növ beynəlxalq ictimai fikri yönəltmək və xəbərdar etmək xarakteri daşıyır:

“Putinin hədəfləri sırasında Azərbaycan yeganə hədəf kimi göstərilmir və adı siyahıda sonuncu qeyd olunur. Burada əsas hədəflər daha çox Gürcüstan və Moldovanın ola biləcəyini düşünürəm. Çünki məhz bu ölkələr Avropa Birliyi ilə assosiativ müqavilə imzalayıblar və onların inteqrasiyası üçün artıq müəyyən işlər görülür. Yəni, bu ölkələrin Rusiyanın əhatə dairəsindən qoparaq Qərbə inteqrə olunma təhlükəsi daha böyükdür. Üstəlik, onu da nəzərə almaq lazımdır ki, bu ölkələr hədəflər içərisində Rusiyanın ram edə biləcəyi ən zəif həlqələrdir-deyə politoloq sözlərinə əlavə edib”.

Natiq_Miri_812190686Politoloq “Azərbaycan isə o qədər də asan ram ediləcək ölkə deyil. Azərbaycan regionun güclü ölkələrindən biridir. Bunun üçün Azərbaycanın həm iqtisadi həm də hərbi qüdrəti mövcuddur. Başqa tərəfdən, Azərbaycanın Türkiyə kimi güclü, NATO üzvü olan bir müttəfiqi var. Azərbaycan Qərbin təhlükəsizliyi projesində yer alır və gələcəkdə bu status daha çox önəm daşımağa başlayacaq. Azərbaycanın hədəf olması geosiyasi çevrələnmə baxımından İranın da maraqlarında deyil. Çünki Ermənistan zatən Rusiyanın forpostudur, Azərbaycanın da ram edilməsi İranın sərhədləri yaxınlığında Rusiyanın güclənməsi və təhlükəyə çevrilməsi anlamına gəlir ki, bu da rusların Xəzərdə birmənalı dominantlığına gətirə bilər. Bütün bu faktorları nəzərə alanda Azərbaycanın yaxın zamanlarda asanlıqla hədəfə çevriləcəyini demək olmur. Üstəlik, Azərbaycan bir balans siyasəti yürüdür. Qərb-Rusiya qarşıdurmasında tərəf deyil və buna da hazırlaşmır. Və bu da Azərbaycan üçün hələlik caydırıcı amil rolunu oynaya bilir. Ancaq strateji baxımdan məsələyə yanaşanda təbii ki, Azərbaycan da digər postsovet ölkələri kimi hədəfdədir. Çünki Ukraynada uduzan Rusiya onu yerini dolduracaq ölkə kimi Azərbayc1798458_603826863023991_1394078415_nanı görür. Və Azərbaycanı öz nüvəsinə cəlb etmək üçün konkret işlər də görülür. Ona görə də regionun geosiyasi taleyi daha çox Qərb-Rusiya qarşıdurmasının nəticələrindən asılı olacaq. Bu, təkcə Ukraynada deyil, eyni zamanda Yaxın Şərqdə gedən proseslərin nəticələrindən də asılı olacaq”-deyə həmçinin bu fikirləri də qeyd edib.

Politoloq Mayıs Güləliyev isə Bzejinskinin fikirləri cəfəng hesab edir:

“Azərbaycan-Rusiya əlaqələri hazırda normaldır və bu əlaqələrin pozulmasına heç bir səbəb yoxdur. Azərbaycanın xarici siyasətində tarazlığın təmin edilməsi indiki ictimai-siyasi şəraitdə ən düzgün addımdır”.

Kamran

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600