Putinin ölümü hər şeyi DƏYİŞDİRƏCƏK? – “Rusiya şovinist siyasətsiz parçalanar”

media-hightechnic-468x90

“Ukrayna Prezidenti Vladimir Zelenskinin Rusiya Prezidenti Vladimir Putinin ölməsi ilə bağlı fikrini hərfi mənada başa düşmək doğru deyil. Böyük ehtimalla, Zelenski Putinin siyasi mənada “ölməsi”ndən bəhs edir”.

Bunu Yenicag.az-a açıqlamasında politoloq Azər Qasımov deyib.

Siyasi təhlilçi Ukrayna lideri Vladimir Zelenskinin rusiyalı həmkarı Vladimir Putinlə bağlı səsləndirdiyi fikirlərə münasibət bildirib.

Həmsöhbətimiz A. Qasımov isə bildirib ki, son zamanlar Putinin varisinin olduğu barədə söz-söhbətlər yayılır:

“Ola bilsin ki, Putin Rusiya-Ukrayna müharibəsinin sona çatması ehtimalını bilir. Bundan sonra Putinin kənara çəkilərək yerini varisinə verəcəyi də söyləntilər arasındadır. Əslində, bu, normal versiyadır. Çünki müharibə başa çatsa belə, ən azı Avropa ölkələrinin Rusiya ilə əməkdaşlıq etməyəcəyi NATO baş katibi Mark Rutte tərəfindən bəyan edildi. Bu baxımdan, Rusiyada lider dəyişikliyi mütləqdir ki, yeni rəhbərin fəaliyyətlərindən sonra Avropa onunla əməkdaşlıq etsin. Əgər bunlar əvvəlki siyasətdən fərqlənəcəksə…”

Onun sözlərinə görə, Putinin fiziki olaraq ölməsi ehtimalı da ola bilər:

“Hələ çox öncə onun xəstə olduğu da yayılan şayiələr arasında idi. Hətta bir ara onun öldüyü də deyilirdi. Görüşlərdə Putinin oxşarının olduğu barədə konspirativ fikirlər irəli sürülürdü. Amma hesab edirəm ki, bunların hamısı fərziyyələrdir. Kimin nə öləcəyini yalnız yaşayıb görə bilərik. Gec-tez ölüm haqdır və Putin də bir gün öləcək”.

Analitik əmindir ki, Putindən sonra Rusiyanın şovinist siyasətinin davam etmə ehtimalı böyükdür:

“Xüsusən də indiki məqamda Rusiya Trampın siyasətindən istifadə edib Ukrayna müharibəsindən müəyyən üstünlüklərlə çıxarsa… Amma bu fikrin real olmasını daha çox Rusiyanı istəməyən qüvvələr daha çox hallandırırlar. Rusiya qorxusu bir çox ölkələrin qorxulu yuxusuna çevrilib, daha çox isə Avropa ölkələrinin…”

“Hesab edirəm ki, Rusiyadan ehtiyat etməkdə olanlar fikirlərində haqlıdırlar. Rusiya şovinist siyasətsiz parçalanar. Rusiya bu siyasəti hətta yürütməsə də, ətrafına qorxu salmaq üçün onun şayiələrini yaymağa davam edəcək. Fikrimcə, Rusiyanın ən azı hələlik belə bir imkanı yoxdur. Gələcəkdə isə hər şey ola bilər”, – deyə o, fikirlərini yekunlaşdırıb.

Xatırladaq ki, Zelenski açıqlamasında Putinin yaxın vaxtlarda öləcəyini və bununla da hər şeyin bitəcəyini söyləyib.

Rafi Müslümov

media-ads-468x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600