Putinin pələngi axtarışdadır
Çin hakimiyyətinin göstərişilə Vladimir Putinin azadlığa buraxdığı nadir Amur pələnginin axtarışı davam etdirilir.
Ekoloqların məlumatına əsasən pələng oktyabrın əvvəlində Rusiyanın Uzaq Şərq bölgəsindən Çin ərazisinə keçib.
Kuzya ləqəbi verilən heyvan may ayında pələnglərin sayını artırmaq üzrə dövlət proqramı çərçivəsində tayqaya buraxılmışdı.
Lakin bu yaxınlarda pələngin izləri Çində aşkar olunub.
Onun şimal-qərbdəki Heyluntzyan əyalətində olduğu güman edilir.
Ekoloqlar pələngin brakonyerlər tərəfindən öldürülə biləcəyindən ehtiyatlanırlar.
Rusiyanın nadir və nəsli kəsilmək təhlükəsilə üzləşən vəhşi heyvan və yabanı bitkilərin qorunması üzrə “Spetsinspektsiya Tiqr” dövlət agentliyi pələngin axtarışında çinli həmkarlarının köməyinə ümid etdiklərinə bildirirlər.