Putinin Rusiya səfərinin təfərrüatları
Rusiya prezidenti bugün Türkiyə Cümhuriyyətinə səfər edəcək.
Yenicag.az saytı Türkiyə mediasına istinadən məlumat verir ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla Rusiya prezidenti Vladimir Putin enerji məsələsini müzakirə edəcəklər. Hətta bildirilir ki, Rusiyanın Türkiyəyə satdığı qaz qiymətində endirim də ola bilər.
Qeyd edək ki, Yüksək Səviyyəli Əməkdaşlıq Forumunda Vladimir Putin 10 nazirlə ölkəsini təmsil edəcək. Müzakirə mövzusu daha çox iqtisadi xarakter daşıyacaq. 2010-cu ildə iki ölkə arasında hədəflənən 100 milyardlıq ticarətin ən gec 2020-ci ilə qədər həyata keçiriləməsi nəzərdə tutulacaq.
Keçiriləcək görüşdə, 5 maddəlik müqavilənin imzalanması da gözlənilir. Bu ilin sonuna qədər də ölkələr arasında ticarət həcmininin 33 milyard dollara çatdırlıması gözlənilir.
Yaxın Şərqdəki vəziyyətin müzakirə mövzusu olmadığı da qeyd olunub.