2018-ci ildə keçiriləcək seçkilərdə Rusiya dövlət başçısı Vladimir Putinin yerinə bir qadın namizəd keçə bilər.
Yenicag.az xarici KİV-ə istinadən xəbər verir ki, Rusiyada gələn il keçiriləcək prezident seçkilərində 5-7 qadın namizəd iştirak edə bilər. Etbarlı mənbənin verdiyi məlumata görə, onlardan üçü Ədalətli Rusiya partiyasından olacaq. Digərləri isə- Sosial Demokrat Qadınlar Birliyinin sədri Nataliya Velikaya, Milli Valideyn Komitəsindən İrina Volinets və partiyanın mərkəzi komitəsinin üzvü İrina Peteleyev olacaq.
Digər bir qaynaq isə rus elitasının məşhur siması Kseniya Sobçakın ideal namizəd olduğunu bildirib: “Kseniya Sobçak ideal bir namizəddir. Siyasətin içində olmağı sevəcək modern bir gənc qadın imici var. Ağıllı, parlaq və maraqlı bu qadın həmçinin tipik bir rus qadınıdır.”
Qeyd edək ki, Rusiyada seçkilər 2018-ci ilin mart ayına planlaşdırılır. Vladimir Putinin namizəd olub-olmayacağı isə hələlik məlum deyil.
www.yenicag.az