!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Putinin yeni prezidentlik dönəmi nə vəd edir? - Politoloq rəyi

!Reklam – Yazi

Rusiyada keçirilən prezident seçkilərində gözlənildiyi kimi təəccüblü nəsə baş vermədi. Hazırkı prezident Vladimir Putin növbəti 6 il ərzində də bu ölkəni idarə edəcək. Qeyd edək ki, Putin əvvəlki prezidentlik müddəti illərində aqressiv, başqa dövlətlərin torpaqlarını işğal etmək siyasəti yürüdüb.

Nəticədə, sovet imperiyasının dağılmasından sonra ilk dəfədir ki, dünya yenidən gərginlik, kəskin qarşıdurmalar atmosferinə daxil olub. Məhz Putinin hakimiyyəti dövründə Moskva ilə Vaşinqton arasında münasibətlər yenidən korlanıb. Görəsən, bu mənada Putinin növbəti 6 ili dünya üçün necə keçəcək?

Münasibətlərdə kəskinləşmə daha da artacaq, yoxsa müəyyən yumşalmaların şahidi olacağıq?

Politoloq Natiq Miri Yenicag.az-a açıqlamasında bildirdi ki, Putinin növbəti prezidentlik dövründə Rusiya ilə Qərb arasında münasibətlər əvvəllər olmadığı qədər daha da kəskinləşəcək:

“Moskva ilə Qərb arasında münasibətlər artıq o səviyyədə gərgindir ki, Putin növbəti dəfə
prezident seçiləndən sonra da yaxın zamanda həmin əlaqələri müsbət müstəviyə daşımaq mümkün olmayacaq. Çünki artıq bütün cəbhələrdə, həm Ukrayna, həm Suriya, həm də Rusiyaya qarşı tətbiq olunan sanksiyalar məsələsində Moskva ilə Vaşinqton və müttəfiqləri arasında üfüqdə heç bir yaxınlaşma görünmür. Suriya məsələsində ABŞ-ın siyasətinin qeyri-müəyyən olması da münasibətlərin yaxın zamanda düzəlməyə doğru gedəcəyini göstərmir. ABŞ-ın xarici siyasət rəhbərliyinə kəşfiyyat sədrinin gətirilməsi də Vaşinqtonun Rusiya siyasətində daha kəskin bir xətt yürüdəcəyinin işarəsidir. Kəşfiyyat orqanına isə mənfi məsələlərdə adı hallanan qadının rəhbər olaraq gətirilməsi də göstərir ki, Ağ Ev Rusiyaya münasibətdə kəskin siyasət yürüdəcək. Deməli, bu istiqamətdə hələlik, hər hansı bir yumşalmanın olacağını müşahidə edə bilmirik.

Ayrıca Putinin şəxsiyyətinə qalmış olsa, bilirsiniz ki, o, bu kimi mübarizənin qarşısından çəkiləcək bir siyasətçi deyil. O baxımdan düşünürəm ki, qarşıdurma hərbi və iqtisadi yöndə davam edəcək. Bu isə gələcəkdə bəşəriyyətə təhlükəli, qlobal dünya vəd edir. Putin növbəti prezidentlik dövründə də hər hansı bir geri çəkilməyə getməyəcək. Rusiyada bütün zamanlarda imperiya siyasəti yürüdülüb.

Moskva öz orbitində daha çox ölkənin fırlanmasını, bu orbitə daha çox ölkənin cəlb olunması, yəni imperialist siyasəti yürütməkdə davam edəcək. Bunu digər problemlərdə olduğu kimi Dağlıq Qarabağın həlli məsələsində də görəcəyik. Ona görə daha çox yumşaq mövqe yürüdən Rusiyanı növbəti illərdə görə bilməyəcəyik. Putin şəxsiyyətinin varlığı və növbəti 6 ildə prezidentliyi də düşünürəm ki, məhz bundan xəbər verir”.

ELÇİN

COP29

www.yenicag.az

1916
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv