Reklam: Hightechnic
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Putinlə Ərdoğan Qarabağdakı vəziyyəti müzakirə etdi

Reklam: High Technic

Rusiya və Türkiyə prezidentləri – Vladimir Putinlə Rəcəb Tayyib Ərdoğan arasında telefon söhbəti olub.

Yenicag.az Kremlinin Mətbuat xidmətinə istinadən xəbər verir ki, tərəflər Qarabağdakı vəziyyəti müzakirə ediblər.

R.T.Ərdoğan 10 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il tarixli üçtərəfli bəyanatların mərhələli şəkildə həyata keçirilməsi, bölgədə sabitliyin bərqərar olması istiqamətində Rusiya tərəfinin səylərini yüksək dəyərləndirib.

Həmçinin V.Putin Ermənistan və Azərbaycan liderləri ilə son danışıqları barədə Türkiyə prezidentini məlumatlandırıb. Tərəflər Cənubi Qafqazda nəqliyyat infrastrukturunun bərpası yönündə işləri sürətləndirməyin vacib olmasına dair birgə rəy ifadə ediblər.

Bununla yanaşı, söhbət zamanı İstanbul kanalı layihəsi və s. məsələlərlə də bağlı fikir mübadiləsi aparılıb.

Loading...

www.yenicag.az

239
reyting.az
www.busaat.az
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100