!Reklam
!Reklam – Sol
!Reklam – Sag
!Reklam – Qarabag

Qadağandır: Dizdən yuxarı şort, dar şalvar, sinəsi, boynu açıq... - Davranış QAYDALARI açıqlandı

!Reklam – Yazi

2022-ci ildə Qətərdə keçiriləcək futbol üzrə dünya çempionatının təşkilat komitəsi ölkədəki azarkeşlər üçün davranış qaydalarını dərc edib.

Yenicag.az xəbər verir ki, çempionatın təşkilatçıları yerli qadınları qucaqlamamağı və onlara toxunmamağı, ictimai yerlərdə partnyoru ilə flört etməməyi və azan verilərkən yüksək səsli musiqi yandırmamağı tövsiyə edir. Qətərdə saat və ya nikah üzüyü istisna olmaqla, zinət əşyaları taxmaq, görüşərkən əl sıxmaq yersiz hesab olunur.

Əcnəbi qızlardan ayaqlarını, sinəsini və boynunu örtən paltar geyinmələri xahiş olunur. Eyni zamanda, onlardan yalnız gözlərini açan ənənəvi örtük taxmaq tələb olunmur. Kişilər üçün dizdən yuxarı şort və dar şalvar qadağandır.

Dünya çempionatı 2022-ci il noyabrın 21-dən dekabrın 18-dək Qətərdə keçiriləcək. Rusiya yığması Beynəlxalq Futbol Federasiyasının (FİFA) qərarı ilə turnirdə iştirak etməyəcək.

www.yenicag.az

578
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv