Qadın beyin əməliyyatı zamanı klarnet çaldı

media-hightechnic-468x90

İngiltərədə Parkinson xəstəsi 65 yaşlı qadın beyin əməliyyatı zamanı klarnet çalaraq həkimlərə müalicənin real vaxtda təsirini müşahidə etməyə imkan yaradıb.

Yenicag.az xarici KİV-ə istinadən xəbər verir ki, Londondakı “King’s College” Xəstəxanasında aparılan əməliyyat zamanı Denise Beykon ümumi narkozsuz, dörd saatlıq müdaxilə ərzində oyaq vəziyyətdə qalıb.

Onun beyninə yerləşdirilən elektrodlar vasitəsilə “dərin beyin stimulyasiyası” (DBS) adlı müalicə üsulu tətbiq edilib. Bu metod elektrik siqnalları ilə əzələ hərəkətlərini idarə edən beyin fəaliyyətini tənzimləyir.

Əməliyyatı həyata keçirən neyrocərrah professor Keyoumars Ashkan bildirib ki, elektrodlar sol beyinə yerləşdirildikdə xəstənin sağ əlindəki hərəkətlər dərhal bərpa olunub. Parkinson xəstəliyi səbəbilə beş il əvvəl musiqi fəaliyyətini dayandırmalı olan Beykon əməliyyatdan sonra sevincini belə ifadə edib:

“Klarnet çalmaq yenidən mümkün oldu, bu məni inanılmaz xoşbəxt etdi”.

Onun beyninə qoşulmuş 20 ilədək dəyişmədən işləyə bilən batareyalı cihaz beyin fəaliyyətini izləyərək elektrik siqnallarını avtomatik tənzimləyir. Beykon artıq yenidən gəzə, üzə və rəqs edə bildiyini deyib.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 21.10.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa