Qadın boksçu öldü

media-hightechnic-468x90

82328Cənubi Afrika Respublikasından olan peşəkar boksçu qadın Pindile Mvelaze döyüş zamanı aldığı zədə nəticəsində iki həftə koma vəziyyətində qalandan sonra dünyasını dəyişib.

63,5 kq çəki dərəcəsində çıxış edən 31 yaşlı Mvelaze oktyabrın 10-da Pretoriyada Liz Batler ilə döyüşdə nokauta düşərək məğlub olub.

Peşəkar rinqdə dörd döyüş keçirmiş Mvelaze həmin döyüşlərin üçündə məğlub olub, birini isə heç-heçə başa vurub.

Son beş gündə Cənubi Afrika Respublikasında artıq üçüncü dəfədir ki, idmançılar həlak olur. 800 metr məsafəyə qaçışda 2004-cü il Olimpiadasının gümüş mükafatçısı, 34 yaşlı Mbulaeni Mulaudzi avtomobil qəzasında həlak olub. Ötən bazar günü isə bu ölkənin futbol üzrə yığmasının kapitanı və qapıçısı, 27 yaşlı Senzo Meyiva qarətə cəhd göstərərkən güllələnib.(azertag.az)

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 14.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600