Qadın boksçularımız Türkiyədə təlim-məşq toplanışına başladılar

media-hightechnic-468x90

Qadın boksçulardan ibarət Azərbaycan milli komandası Türkiyədə təlim-məşq toplanışına start verib.

Azərbaycan Boks Federasiyasından Yenicag.az-a verilən məlumata görə, baş məşqçi İlkin Ağayevin rəhbərliyi altında böyüklərdən və gənclərdən ibarət 10 idmançı Kastamonuda hazırlıq keçir.

Toplanışa Anaxanım İsmayılova, Banuçiçək Nəsirli (hər ikisi 48 kiloqram), Marjona Savriyeva, Cəmilə Sultanlı (hər ikisi 51 kiloqram), Zeynəb Rəhimova, Aysu Mikayılova, Nərgiz Zeynalova (hər üçü 54 kiloqram), Aynur Mikayılova (57 kiloqram) Özləm Həsənova və Emili Rzayevanı (hər ikisi 65 kiloqram) cəlb edilib. Məşqlərdə millimizlə yanaşı, Türkiyə, Özbəkistan və Gürcüstan boksçuları da iştirak edirlər.

Qeyd edək ki, toplanış iyunun 27-də başa çatacaq.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 17.06.2025

media-ziraat-160x600
media-ziraat-160x600