Qadın evə kişi geyimində girib, 45 min manat oğurladı

media-hightechnic-468x90

Naxçıvan Muxtar Respublikası (MR) Babək rayonunda evdən 45 min manat pul oğurlayan qadın saxlanılıb.

Yenicag.az xəbər verir ki, Babək rayonunda yerləşən evlərin birindən 45 min manat pul oğurlanması barədə polisə məlumat daxil olub.

Babək Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 32 yaşlı Mustafayeva Ayşən müəyyən edilərək saxlanılıb.

Araşdırmalarla məlum olub ki, saxlanılan şəxs evə kişi geyimində daxil olaraq oğurluğu törədib.

Faktla bağlı cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.

 

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 18.09.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa