Qadın güləşçilərdən biri 1/4 finalda-Yenilənib
Qadın güləşçilərinin yarışında 58 kq çəki dərəcəsində mübarizə aparan Azərbaycan təmsilçisi İrina Netraba 1/8 final mərhələsində İtaliya idmançısı Karola Raynero ilə qarşılaşıb.
Gərgin mübarizə şəraitində keçən qarşılaşmada güləşçimiz rəqibini 8:4 hesabıilə məğlub edərək İrina Netraba 1/4 finala vəsiqə qazanıb. Onun növbəti mərhələdəki rəqibi Bolqarıstan idmançısı Mimi Hristova olacaq.
***
Bu gün “Bakı 2015”də qadın güləşçilərin yarışında daha 4 azərbaycanlı idmançı mübarizəyə qoşulacaq. Avropa Oyunlarında qadınlar arasında güləş yarışlarında bu gün Azərbaycanı 55 kq çəki dərəcəsində Anjela Doroqan, 58kq çəki dərəcəsində İrina Netraba, 63 kq çəki dərəcəsində Elmira Qəmbərova, 75 kq çəki dərəcəsində Gözəl Zutova təmsil edəcəklər.
Qeyd edək ki, qadın güləşçilərimiz yarışlarda artıq 2 medal qazanıblar. Təmsilçimiz Mariya Stadnik (48kq) Oyunların qızıl, Nataliya Sinişin (55 kq) bürünc medalının sahibi olublar. Yunan-Roma üzrə yarışlarda kişi güləşçilərimiz isə iki dəst medal qazanıblar. Rəsul Çunayev (71 kq) və Elvin Mürsəliyev (75 kq) qızıl, Rafiq Hüseynov (80 kq) və Sabah Şəriəti (130 kq) gümüş, Elman Muxtarov (59 kq) və Həsən Əliyev (66 kq) bürünc medala sahib olub.