Qadın güləşçilərimiz finalda-Foto

media-hightechnic-468x90

скачанные файлыBu gün Avropa Oyunlarında qadınlar arasında sərbəst üsuldə güləş yarışlarına start verilir.

Azərbaycandan olan qadın güləşçilərin yarışmasında bu gün medalların sahibləri bəlli olacaq.

Üçüncü yarış günündə 48, 55, 60 və 69 kq çəki dərəcəsində qadın güləşçilər mübarizə aparır.

48 kq
1/8 final – Mariya Stadnik – Lilian Santos (POR)

55 kq
1/8 final – Patrizia Liuzzi (İTA) – Nataliya Sinişin

60 kq
1/8 final – Yuliya Ratkeviç – Taybe Yusein (BUL)

69 kq
1/8 final – Nadya Muşka – Nataliya Vorobyova (RUS)

XXX

Mariya Stadnik və Nataliya Sinişin növbəti mərhələdə

Qadın güləşçilərin 48 kq çəki dərəcəsində mübarizə aparan Azərbaycan təmsilçisi Mariya Stadnik 1/8 final mərhələsində Portuqaliya güləşçisi Lilian Santosu 12:2 hesabı ilə məğlub edərək 1/4 finala vəsiqə vəsiqə qazanıb. M.Stadnikin 1/4 finaldakı rəqibi Fransa güləşçisi Julie Sabatie olacaq.

Nataliya Sinişin isə Patrizia Liuzzi (İTA) üzərində 10:0 hesablı qələbə qazanıb.

60 kq çəkidə mübarizə aparan dünya və Avropa çempionumuz, Olimpiya Oyunlarını bürünc medalçısı Yuliya Ratkeviç isə təəssüf ki 1/8 finalda ilk qarşılaşmasındaca Bolqarıstan təmsilçisi Taybe Yuseinə məğlub olub.

Qeyd edək ki, yarışların ilk iki günündə güləşçilərimiz iki dəst medal qazanıb. Rəsul Çunayev (71 kq) və Elvin Mürsəliyev (75 kq) qızıl, Rafiq Hüseynov (80 kq) və Sabah Şəriəti (130 kq) gümüş, Elman Muxtarov (59 kq) və Həsən Əliyev (66 kq) bürünc medala sahib olub.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600