Qadın güləşçilərimizdən böyük uğur
Bu gün I Avropa Oyunlarında qadınlar arasında sərbəst güləş yarışlarına start verilib.
Yenicag.az xəbər verir ki, Azərbaycandan olan qadın güləşçilərin yarışmasında bu gün medalların sahibləri bəlli olacaq.
***
Qadın güləşçilərin 48 kq çəki dərəcəsində mübarizə aparan Azərbaycan təmsilçisi Mariya Stadnik 1/8 final mərhələsində Portuqaliya güləşçisi Lilian Santosu 12:2 hesabı ilə məğlub edərək 1/4 finala vəsiqə vəsiqə qazanıb. Nataliya Sinişin isə Patrizia Liuzzi (İTA) üzərində 10:0 hesablı qələbə qazanıb.
60 kq çəkidə mübarizə aparan dünya və Avropa çempionumuz, Olimpiya Oyunlarını bürünc medalçısı Yuliya Ratkeviç isə təəssüf ki 1/8 finalda ilk qarşılaşmasındaca Bolqarıstan təmsilçisi Taybe Yuseinə 1:4 hesabı ilə məğlub olub.