Qadın piyada keçidində vəfat etdi-Foto

media-hightechnic-468x90

img1752518Bu gün təxminən 21:15 radələrində “Nəriman Nərimanov” metro-stansiyasının yaxınlığında bədbəxt hadisə baş verib.
Yenicag.az müsavat-a istinadən bildirir ki, 1956-cı il təvəllüdlü Ucar sakini bir qadın metro yaxınlığındakı piyada keçidini keçərkən ürək tutmasından vəfat edib. Lakin hadisənin 26 nömrəli sərnişin avtobusunun qarşısında baş verməsi bəzi şübhəli məqamlar yaradıb.

Hadisə şahidlərinin dediyinə görə, yaşlı qadın yolu keçmək istəyərkən marşrut ona toxunub və nəticədə qadının ürəyi tutaraq ölüb. Marşrut sürücüsü başda olmaqla bəzi adamlar isə hadisənin avtobusun qarşısında baş verdiyini, sürücünün heç bir günahı olmadığını iddia ediblər.

Qeyd edək ki, hadisədən sonra təcili tibbi yardım işçiləri və hadisə yerinə gələn polislər arasında da naməlum səbəbdən qısa gərginlik yaşanıb. Mərhumun qohumları polislər tərəfindən hadisə yerinə çağırılaraq bədbəxt hadisə barədə məlumatlandırılıblar.

 

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600