Gəncə şəhərində sirkədən ölüm hadisəsi baş verib.
Yenicag.az “Report”a istinadən xəbər verir ki, 1953-cü il təvəllüdlü yerli sakin Tağıyeva Sürayə zəhərlənmə əlaməti ilə xəstəxanaya yerləşdirilib.
Lakin həkimlərin göstərdikləri səylərə baxmayaraq, qadın bir müddətdən sonra xəstəxanada dünyasını dəyişib.
Qadının uzunsürən xəstəlikdən əziyyət çəkdiyi və bu səbəbdən yaşadığı evdə sirkə turşusu içərək intihar etdiyi bildirilir.
Faktla bağlı araşdırma aparılır.