Qadından DƏHŞƏTLİ ƏMƏL: Yeniyetmə qızın üzünü DOĞRADI - FOTOLAR

media-hightechnic-468x90

Qonşu qadın yeniyetmə qızın üzünü kəsərək eybəcər hala salıb.

Yenicag.az xəbər verir ki, hadisə Rusiyanın Yaroslavl vilayətində baş verib. Qeyri-adekvat qadın 16 yaşlı məktəbli qızı şikəst hala salıb.

O, qızın burnundakı pirsinqi bəyənmədiyi üçün belə bir ağılsız hərəkət edib.

Hadisə evin girişində baş verib. Zorakılıq edən qadın qıza qışqırıb, daha sonra “görünüşünü düzəltmək” üçün ona bıçaqla hücum edib.

Nəticədə qız ciddi xəsarət alıb, üzünə tikiş vurulub. Lakin məktəbli qız depressiyaya düşüb və daha güzgüdə özünə baxa bilmir.

Qohumları qorxur ki, onun üzündə dəhşətli çapıqlar qalacaq.

Polis artıq qadını həbs edib.

Məsimə

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 14.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600