Qadını yerə yıxaraq döydü – İşə polis qarışdı – VİDEO

Parkda bir kişinin qadını yerə yıxaraq döyməsini ətrafdakı insanlar sadəcə seyr etməklə kifayətləniblər.

Yenicag.az xəbər verir ki, hadisə Antalyada baş verib. Yayılmış görüntülərdə adları məlum olmayan bir kişi ilə qadın parkda gəzərkən mübahisə etməyə başlayıb. Mübahisənin böyüməsindən sonra kişi qadını vurmağa başlayıb.

Qadın aldığı zərbələrdən yerə yıxılıb, ancaq kişi bundan sonra da onu döyməyə, saçlarından tutub dartmağa davam edib.

Uzun müddət şiddətə məruz qalan qadın hətta zərbələrə dözməyərək qışqırıb. Həmin an parkda olan insanlar isə baş verənlərə müdaxilə etmədən, kişinin qadını döyməsini seyr ediblər. Hadisə yerinə gələn polis qadınla kişini bölməyə aparıb.

Firuzə Alimova