!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Qadınlarla bağlı çağırış

!Reklam – Yazi

68754Dünyanın müxtəlif hissələrində, Nigeriyadan Somaliyə, Suriyadan İraqa qədər ekstremistlərin qadınlara qarşı məqsədyönlü hücumlarına lazımi cavab verilməlidir.

Bu sözlər BMT-nin Baş katibi Pan Gi Munun 8 Mart – Beynəlxalq Qadınlar Günü ilə bağlı yaydığı bəyanatında yer alıb. Baş katib dünya ictimaiyyətini qadınlara qarşı zorakılıq və diskriminasiya hallarını aradan qaldırmaq üçün birləşməyə çağırıb.

Bəyanatda qeyd olunur ki, təhsil almaq hüququnu reallaşdırmağa cəhd edən qadınlar hücumlara məruz qalır, həkim qadınlar öz vəzifə borclarının yerinə yetirdikləri üçün öldürülürlər. Baş katib vurğulayıb ki, bu gün dünyada hətta münaqişələr olmayan ölkələrdə qadınlar məişət zorakılığı ilə üzləşir. “Biz qadınların siyasət, biznes və digər sahələrdə rolunu artırmalıyıq. Biz xüsusən kişilərin bu məsələlərə baxışını dəyişməli, onların özlərini dəyişikliklər mübarizinə çevrilməsinə çalışmalıyıq”, – deyə bəyanatda bildirilir.

(anspress.com)

www.yenicag.az

595
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv