“Qalatasaray”ın prezidenti Mustafa Cengiz klubun çinlilərə satılacağına dair xəbələrə aydınlıq gətirib.
Yenicag.az xəbər verir ki, o, bu iddiaların əsassız olduğunu bildirib.
Klub prezidentinin sözlərinə görə, “sarı-qırmızılar”ın maliyyə baxımından xeyli problemi var:
“Qalatasaray” Türkiyənin ən şəffaf klubudur. Komandamızın qarşısında dağ boyda problemlər var. Bunlar təkcə əvvəlki rəhbərlikdən qaynaqlanmır. 60 milyon TL ödəmə həyata keçirdik. Transfer etmək üçün də 19 milyon TL vergi və sığorta borcu ödədik. 2 sabiq futbolçunun maaşları ödənmədiyi üçün federasiya transferə qadağa qoymuşdu. Buna görə də 22 milyon TL ödədik. İndi də kassada 5 qəpik belə yoxdur. Bu qədərini də gözləmirdik. Ndiayeni biz göndərmədik. Meneceri məcbur etdi və apardı. Onun transfer pulu ilə borclarımızı ödədiyimiz deyilir. Halbuki onun pulunu hələ də almamışıq. Qarpız satmırıq ki…”
www.yenicag.az