“Qalatasaray” Qarabağda oyun keçirə bilər

media-hightechnic-468x90

“Qalatasaray” Qarabağda oyun keçirə bilər.

Yenicag.az xəbər verir ki, bu barədə İstanbul klubunun prezidenti Dursun Özbek Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) ilə əməkdaşlıq müqaviləsinin imzalanma mərasimində bildirib.

“Bu əməkdaşlığın Heydər Əliyevin anadan olmasının 100 illiyində baş tutması çox dəyərlidir. Qarşıda anım üçün Qarabağda bir matç keçirməyi və ya türk ölkələri klublarının iştirak edəcəyi bir turnir təşkil etməyi planladığımızın müjdəsini vermək istəyirəm”, – deyə D.Özbek bildirib.
Qeyd edək ki, “Qalatasaray” 2024-cü ilin yanvarında “Fənərbağça”ya qarşı keçirəcəkləri Türkiyə Super Kuboku matçının da Bakıda təşkil olunmasını istəyir.

Mənbə: Haber Global

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 14.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600