“Qalatasaray” rəsmisi açıqlamalarına görə istefa verdi

media-hightechnic-468x90

“Qalatasaray” İdman Klubunun vitse-prezidenti Nasuhi Sezgin futbolla bağlı vəzifələrindən imtina edib.

O, dünən komandanın “Antalyaspor”a 3:2 hesabı ilə qalib gəldiyi oyundan sonra verdiyi açıqlamalara görə vəzifəsindən gedib.

Sezgin bununla bağlı açıqlama verib: “Antalyaya qələbə üçün gəldik və 3 xal qazandıq. Verdiyim açıqlamalar klub idarəçiləri və media tərəfindən başqa cür anlaşılıb. “Bilərək uduzduq” yox, “bildiyimiz səbəblərdən uduzduq” demək istəyirdim. Bu səbəbdən klubda futbolla bağlı vəzifələrimdən istefa edirəm. Klubu tənqid etmək üçün fürsət gəzənlərə şans verdiyimə üzülürəm”.

Yeniçağ.az

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600