“Qalatasaray” şərəf matçına çıxır

media-hightechnic-468x90

77864 (1)Bu gün Çempionlar Liqasında sonuncu – VI turun oyunlarına start veriləcək.

İlk oyun günündə 4 qrupda 8 oyun baş tutacaq. Bu oyunlarda 1/8 finala 3 vəsiqənin taleyinə aydınlıq gələcək.

A qrupunda ikinci pillənin sahibi “Yuventus” qrupdan çıxan “Atletiko”nu qəbul edəcək. Turin klubuna mərhələ adlamaq üçün bir xal kifayətdi. Liderlik üçün isə onlar “Atletiko”nu ən azı 2 top fərqi ilə yenməlidi. Çünki ispanlar ilk oyunda 1:0 hesablı qələbə qazanıb. Qrupun digər oyununda “Olimpiakos” “Malmö”nü qəbul edəcək. Qonaqların Avropa Liqasının 1/16 final mərhələsinə vəsiqə əldə etmək üçün qələbədən başqa şansı yoxdu. İkinci pilləyə iddia edən “Olimpiakos” isə qələbə qazanmaqla yanaşı, “Yuventus”un məğlubiyyətinə də dua etməlidi.

B qrupunda “Real” birinci pilləni təmin edib. İkinci yer uğrunda isə 3 komanda mübarizə aparır. “Liverpul”a mərhələ adlamaq üçün qələbə lazımdı. “Bazel”ə isə ingilislərlə oyunda heç-heçə də sərf edir. Şəxsi oyunlarda “Liverpul” və “Bazel”dən geri qalan “Ludoqorets”in mərhələ adlaması isə möcüzəyə bağlıdı.

C qrupunda “Bayer” mərhələ adlayıb. Alman klubu avrokubok macərası erkən bitən “Benfika”nın qonağı olacaq. “Bayer” bu oyunda liderlik üçün mübarizə aparacaq. İkinci yerin sahibi və Avropa Liqasına vəsiqənin taleyi “Monako” – “Zenit” oyununda müəyyənləşəcək. Fransa klubuna heç-heçə sərf edir. “Zenit” isə ancaq qələbə qazanmalıdı.

D qrupunda bütün vəsiqələrin taleyinə aydınlıq gəlib. Son turda yalnız liderin adı müəyyənləşəcək. Avrokuboklarla vidalaşan “Qalatasaray” doğma meydanda “Arsenal”la pristij matçına çıxacaq. Dortmund “Borussiya”sı isə Avropa Liqasına vəsiqə əldə edən “Anderlext”i qəbul edəcək. Şəxsi oyunları bərabər olan (hər ikisi 2:0 hesablı qələbə qazanıb) “Borussyia” və “Arsenal” liderlik uğrunda yarışacaq. Almanların top fərqində üstünlüyü var.

Qeyd edək ki, 11 komanda 1/8 finala vəsiqəni təmin edib: “Real”, “Atletiko”, “Barselona” (üçü də İspaniya), “Bavariya”, “Borussiya” (Dortmund), “Bayer” (üçü də Almaniya), “Çelsi”, “Arsenal” (ikisi də İngiltərə), PSJ (Fransa), “Portu” (Portuqaliya), “Şaxtyor” (Ukrayna). “Anderlext” isə Avropa Liqasına vəsiqəni təmin edən tək komnadadı.

Çempionlar Liqası
Qrup mərhələsi
VI tur, 9 dekabr

A qrupu
23.45 Yuventus (İtaliya) – Atletiko (İspaniya)
23.45 Olimpiakos (Yunanıstan) – Malmö (İsveç)

B qrupu
23.45 Real (İspaniya) – Ludoqorets
23.45 Liverpul (İngiltərə) – Bazel (İsveçrə)

C qrupu
23.45 Benfika (Portuqaliya) – Bayer (Almaniya)
23.45 Monako (Fransa) – Zenit (Rusiya)

D qrupu
23.45 Qalatasaray (Türkiyə) – Arsenal (İngiltərə)
23.45 Borussiya D (Almaniya) – Anderlext (Belçika) (anspress.com)

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600