Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Qarabağ FC

Qalatasaray üçün son şans

Reklam: High Technic

1975Bu gün Çempionlar Liqasında IV tura start veriləcək.

İlk oyun günündə 8 qarşılaşma baş tutucaq.

A qrupunda lider “Atletiko” son pillədə qərarlaşan “Malmö”nü qəbul edəcək. Qrup ikincisi “Olimpikos” isə “Yuventus”un qonağı olacaq. Turin klubu ikinci pilləni ələ keçirmək və Çempionlar Liqasında yoluna davam etmək üçün bu matçda qələbə qazanmalıdı.

B qrupunda turnirin maksimum nəticə qazanan 3 komandasından biri və son qalibi “Real” “Liverpul”u qəbul edəcək. “Kral Klubu” bu mtçda uğurlu seriyanı davam etdirmək istəyirsə, ingilislər ikinci pilləyə vəsiqə uğrunda mübarizə aparır. Qrupun digər matçında “Bezel” “Ludoqorets”i qəbul edəcək.

C qrupunda “Zenit” lider “Bayer”i qəbul edəcək. Rusiya klubu bu matçda qələbə qazanmaqla liderliyi ələ ala bilər. Çünki qrupun digər oyununda ikinci pillənin sahibi “Monako”nu çətin “Benfika” səfəri gözləyir.

Azərbaycanda və türk dünyasında hər kəsin diqqəti D qrupuna yönələcək. Belə ki, “Qalatasaray” Dortmund “Borussiya”sının qonağı olacaq. “Anderlext”lə oyunda bir xal qazanan, “Arsenal” və “Borussiya”ya böyükhesabla yenilən “Cim-Bom” bu gecə mütləq qələbə qazanmalıdı. Əks halda Çempionlar Liqasında mərhələ adlamaq şanslarını itirəcək. Qrupun digər oyununda “Arsenal” “Anderlext”i qəbul edəcək.

Qeyd edək ki, “Zenit” – “Bayer” matçı Bakı vaxtı ilə saat 21.00-da, qalan 7 qarşılaşma 23.45-də başlayacaq.

Çempionlar Liqası
Qrup mərhələsi
III tur, 4 noyabr

A qrupu
23.45 Yuventus (İtaliya) – Olimpiakos (Yunanıstan)
23.45 Malmö (İsveç) – Atletiko (İspaniya)

B qrupu
23.45 Real (İspaniya) – Liverpul (İngiltərə)
23.45 Bazel (İsveçrə) – Ludoqorets (Bolqarıstan)


C qrupu
21.00 Zenit (Rusiya) – Bayer (Almaniya)
23.45 Benfika (Portuqaliya) – Monako (Fransa)


D qrupu
23.45 Arsenal (İngiltərə) – Anderlext (Belçika)
23.45 Borussiya D (Almaniya) – Qalatasaray (Türkiyə)

(ansoress.com)

Loading...

www.yenicag.az

428