Bu gün UEFA Avropa Liqasında pley-off mərhələsinin cavab oyunları keçiriləcək.
Yenicag.az xəbər verir ki, Türkiyə təmsilçisi “Qalatasaray” öz meydanında “AZ-Alkmaar”la qarşılaşacaq. İstanbul klubu Niderlandda keçirilən ilk görüşdə rəqibinə 1:4 hesabı ilə uduzmaqla mərhələ adlamaq şansını xeyli azaldıb.
Türkiyənin digər klubu “Fənərbağça” isə Belçikada “Anderlext”in qonağı olacaq. Joze Mourinyonun komandası ilk görüşdə 3:0 hesablı qələbə qazanmaqla cütün taleyini böyük ölçüdə həll edib.
20 fevral
UEFA Avropa Liqası
Pley-off mərhələsi, cavab qarşılaşmaları
21:45. “Budyo Qlimt” (Norveç) – “Tvente” (Niderland)
İlk oyun – 1:2
21:45. “Qalatasaray” (Türkiyə) – AZ (Niderland)
İlk oyun – 1:4
21:45. FCSB (Rumıniya) – PAOK (Yunanıstan)
İlk oyun – 2:1
21:45. “Portu” (Portuqaliya) – “Roma” (İtaliya)
İlk oyun – 1:1
00:00. “Ayaks” (Niderland) – “Yunion” (Belçika)
Ilk oyun – 2:0
00:00. “Viktoriya” (Çexiya) – “Ferentsvaroş” (Macarıstan)
İlk oyun – 0:1
00:00. “Real Sosyedad” (İspaniya) – “Midtyullan” (Danimarka)
İlk oyun – 2:1
00:00. “Anderlext” (Belçika) – “Fənərbağça” (Türkiyə)
İlk oyun – 0:3
www.yenicag.az