“Çalışıram sənətimə uyğun insanlarla efirə çıxım”.
Bunu Yenicag.az-a açıqlamasında gənc xanəndə, Azərbaycan Dövlət Televiziyasının solisti Günay İmamverdiyeva deyib.
O, qalmaqallardan uzaq qalmasının səbəblərini belə izah edib:
“Çalışıram, sənətimə uyğun insanlarla efirə çıxım və bu, belə də olur. Amma heç vaxt verilişlərə dəvət alanda qabaqcadan maraqlanmıram ki, verilişdə kimlər olacaq, yaxud da olmayacaq. Bu barədə sual vermirəm, heç bir şərt də kəsmirəm, çünki etik də deyil. Heç xarakterim də buna imkan vermir.
İstər-istəməz məni hansısa verilişə dəvət edəndə, özümə uyğun ifaçılarla bir arada dəvət edirlər. Şükürlər olsun, bu günə qədər elə bir veriliş olmayıb ki, ürəyimcə olmasın. Çünki əvvəlcədən özləri də deyiblər ki, verilişdə muğam ifaçıları, yaxud da peşəkar vokal ifaçıları qonaq olacaq. Yəni səsimə, oxuduğum janra və özümə uyğun qonaqlarla birgə verilişlərə dəvət alıram və buna razı qalıram. Bilirlər ki, qalmaqal, dedi-qodudan uzaq adamam və buna görə verilişlərə gedəndə də yalnız sənətimlə bağlı suallar verilir. Onu da qeyd edim ki, onsuz da efir xətrinə hər verilişə də getmirəm, çünki, öz sənətimə hörmət edirəm”.
Cəvahir
www.yenicag.az