Qalmaqallı şahmatçı əsəbiləşib Bakıdakı turnirdə çıxışını yarımçıq dayandırdı

media-hightechnic-468x90

ABŞ-li şahmatçı Hans Niman “Baku Open 2023” beynəlxalq turnirini yarımçıq tərk edib.

Yenicag.az xəbər verir ki, o, medal şansını itirdiyi üçün bu addımı atıb.

Turnirin reytinq favoriti (2708) 8-ci turda ikinci dəfə məğlub olduqdan sonra əsəbiləşib yarışda iştirakdan imtina edib. Niman hazırda 4,5 xalla 37-ci pillədədir.

Qeyd edək ki, 19 yaşlı şahmatçı aralarında sabiq dünya çempionu Maqnus Karlsenin də olduğu bir qrup “iti zəka sahibi” tərəfindən “çiterlik” – oyunlar vaxtı kompüter texnologiyalarının köməyindən istifadə etməkdə ittiham olunur. Hətta norveçli qrosmeyster onunla oynamaqdan imtina edib. Bu hadisə dünya şahmatında böyük səs-küyə səbəb olub.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 14.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600