!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Qalstyan üçün “ağlayan” Lavrov Dilqəmi niyə “görmür”?

!Reklam – Yazi

“Bu münasibət Rusiyanın öz vətəndaşlarına qarşı da ikili standartlardan çıxış etdiyini göstərir”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında 5 ildir erməni girovluğunda saxlanılan Rusiya vətəndaşı Dilqəm Əsgərovun azad edilməsinə heç bir təşəbbüs göstərməyən Rusiya xarici işlər naziri Sergey Lavrovun narkotik cinayətinə görə Azərbaycanda həbs cəzası çəkən Marat Ueldanov-Qalstyanın taleyindən narahatlığını bildirməsini şərh edən politoloq Elçin Mirzəbəyli deyib.

Elçin Mirzəbəylinin sözlərinə görə, Sergey Lavrovun Ueldanov-Qalstyana və Dilqəm Əsgərova münasibətdə fərqli davranışları Rusiyanın ənənəvi siyasətindən qaynaqlanır:

“Düzdür, həmin mətbuat konfransında Lavrovun Azərbaycanın ərazi bütövlüyü ilə bağlı pozitiv fikirləri də vardı. Amma digər istiqamətlərdə ənənəvi olaraq, fərqli yanaşma ortaya qoyuldu.

Əslində, bu münasibət Rusiyanın öz vətəndaşlarına qarşı da ikili standartlardan çıxış etdiyini göstərir. Bildiyiniz kimi, Dilqəm Əsgərov Rusiya vətəndaşıdır və onun hüquqlarının müdafiə edilməsinin məsuliyyəti də məhz Rusiya tərəfinin üzərinə düşür.

Təəssüf ki, Lavrov və Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Zaxarova qanunsuz yerə həbs edilən və Azərbaycanın işğal olunmuş ərazilərində saxlanılan öz vətəndaşları ilə bağlı açıq mövqe bildirmirlər. Eyni zamanda, bunu nədənsə hansısa müstəvidə Azərbaycan və Ermənistan tərəfinin üzərinə atmağa çalışırlar.

Halbuki, burada Azərbaycan və Ermənistan tərəfindən çox, Rusiyanın mövqeyi ifadə olunmalıdır, Rusiya öz vətəndaşını müdafiə etməlidir. Yeni deyirəm, bu, Rusiyanın ənənəvi siyasətinə xas olan bir yanaşma tərzidir.

Rusiya vətəndaşı olan və Azərbaycanda həbs edilən erməni əsilli şəxsə gəldikdə isə, o, narkotik ittihamı ilə cinayət məsuliyyətinə cəlb olunub. Burada onun milli mənsubiyyətinin heç bir rolu yoxdur.

Onun Rusiyaya təhvil verilib-verilməməsi isə Azərbaycan məhkəmələrinin səlahiyyətinə aid olan məsələdir. Hansısa ölkənin xarici işlər nazirinin bu prosesə müdaxilə etməyə hüququ yoxdur”.

A.Zeynalov

www.yenicag.az

3156
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv