Avqustun 23-də Ermənistan silahlı qüvvələrinin diversiya-kəşfiyyat qrupu cəbhənin Goranboy rayonu istiqamətində təxribat törətməyə cəhd etsə də, Azərbaycan Ordusunun bölmələri tərəfindən görülən qəti tədbirlər nəticəsində düşmən itki verərək geri çəkilməyə məcbur olub. Bu zaman erməni diversiya qrupunun komandiri, baş leytenant Qurgin Alaverdyan əsir götürülüb. Alaverdyanın əsir götürülməsi artıq altı ildir ki, Ermənistanda girov saxlanılan Dilqəm Əsgərov və Şahbaz Quliyevin azad edilməsi üçün yaranmış imkan kimi dəyərləndirilir.
Millət vəkili Qənirə Paşayeva Avropa Şurası Parlament Assambleyasında (AŞPA) Azad Müzakirələr zamanı azərbaycanlı girovlar Diqəm Əsgərov və Şahbaz Quliyevlə bağlı məsələ qaldıraraq AŞPA-nı onların azadlığa buraxılması üçün Ermənistana təzyiq etməyə çağırıb.
Azərbaycan tərəfinin hər iki tərəfdə saxlanılan şəxslərin “hamının hamıya” prinsipi ilə azad edilməsi təklifi ilə bağlı Ermənistanın kütləvi informasiya vasitələrində müxtəlif fikirlər səsləndirilir
Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) nümayəndələri Dağlıq Qarabağ münaqişəsi nəticəsində saxlanılan şəxslərlə görüşüblər. BQXK-nın Azərbaycan nümayəndəliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri […]
Mayın 19-da Gəncədə “LİBRAFF” kitab mağazasının təşkilatçılığı ilə keçirilən imza günündə tədqiqatçı-jurnalist Dilqəm Əhmədin qələmindən çıxan “Fərqlilər” və “Mühacirlərin dönüşü” kitabları şəhər ictimaiyyətinə, oxuculara təqdim edilib.
Dekabrın 15-də Ermənistanın Fransadakı səfirliyinin binası qarşısında Kəlbəcərdə girov götürülmüş Dilqəm Əsgərov və Şahbaz Quliyevin azad olunması tələbi ilə etiraz aksiyası keçirilib