Qanunsuz ov edən 75 nəfər saxlanılıb

media-hightechnic-468x90

27489“Ekologiya və Təbii Sərvətlər Nazirliyi, mövcud qanunvericiliyə uyğun olaraq, respublika ərazisində ov mövsümünün açılması, vəhşi heyvan və quş növlərinin vurulması, eləcə də lisenziya verilməsi səlahiyyətləri ilə bağlı reydlər keçirir. Son vaxtlar daha da gücləndirilmiş bu reydlər Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinin əməkdaşları ilə birgə aparılır”. 

Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Mühafizəsi departamentinin sektor müdiri Raqub Mirzəyev deyib.

Onun sözlərinə görə, oktyabr, noyabr aylarında keçirilən reydlər zamanı qanunsuz  ov edənlər və qanunsuz ovlanmış quşların satışı ilə məşğul olan 75 nəfər saxlanılıb:

“Bunun nəticəsində 66 nəfərdən ov tüfəngi götürülüb və şəxsiyyəti müəyyənləşdirilən 57 nəfər şəxsə inzibati qaydada 52 min 600 manat məbləğində cərimə tətbiq edilib. Eyni zamanda, şəxsiyyətləri müəyyənləşdirilməyən 18 nəfərlə bağlı aidiyyatı dövlət orqanlarına müraciət edilib. Hazırda bu sahədə reydlər davam etdirilir” aktual.az)

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600