Qanunsuz ov edənlər saxlanıldı – Hacıqabulda

media-hightechnic-468x90

Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində rayon ərazisində qanunsuz ov edən şəxslər saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Yenicag.az-a verilən məlumata görə, Hacıqabul RPŞ-nin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Muğan qəsəbəsi ərazisində R.Babayev, S.Mehdiyev və A.Əhmədzadə qanunsuz ov etdiklərinə görə saxlanılaraq Polis Şöbəsinə gətirilib.

Saxlanılan şəxslərdən 2 ədəd ov tüfəngi, süni maketlər və ovladıqları çöl quşları götürülüb. Faktla bağlı Hacıqabul RPŞ-də araşdırma aparılır.
media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 16.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa