Qanunsuz ov müsadirə edildi
Sabirabad sakinindən qanunsuz ovlanmış 655 ədəd qaşqaldaq müsadirə edilib.
Sabirabad Rayon Polis Şöbəsindən verilən məlumata görə, rayonun Qasımbəyli kənd sakini, 1963-cü il təvəllüdlü Novruzov Nəvahi Əlibala oğlunun idarə etdiyi “QAZel” markalı 54 BX 582 dövlət nömrə nişanlı avtomobilin yük yerinə baxış keçirilərkən oradan 655 qanunsuz ovlanmış qaşqaldaq quşu aşkarlanıb. Sürücü ovlanmış quşların Sarısu gölündə ovla məşğul olan ovçulardan satmaq məqsədilə quşun bir ədədini 2,5 manata aldığını bildirib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin ekspert qismində polis şöbəsinə dəvət olunmuş əməkdaşı qanunsuz ovlanmış çöl quşlarının ümumi dəyərinin 3602 manat olduğunu bildirib, ovlanmış quşların ov kvotasını yüz dəfələrlə keçdiyi haqqında akt tərtib edilib.
Qanunsuz ov faktı ilə başlı Sabirabad RPŞ-də araşdırma aparılır(apa)