!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

"Qanunu pozan polis əməkdaşı olsa belə..." - DİN-dən Səlimov açqılaması

!Reklam – Yazi

Daxili İşlər Nazirliyi deputat Eldəniz Səlimovla bağlı münasibətini açıqlayıb.

Yenicag.z xəbər verir ki, DİN-in mətbuat xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev cəmiyyətdə Milli Məclisin deputatı Eldəniz Səlimovun xüsusi karantin rejimi qaydalarını pozaraq polis əməkdaşları ilə münaqişə yaratmasının birmənalı qarşılanmadığını bildirib.

“Daxili İşlər Nazirliyi tərəfindən qanunvericiliyin tələbləri, dövlət başçısının aidiyyəti fərmanları, Nazirlər Kabinetinin qərarları rəhbər tutularaq ötən ilin mart ayından etibarən xüsusi karantin rejiminə nəzarət həyata keçirilir və cəmiyyətdəki mövqeyindən, tutduğu vəzifədən asılı olmayaraq hər kəsin müəyyən olunmuş məhdudiyyətlərə əməl etməsi tələb olunur. Bu məsələyə fərqli yanaşma yaxud hər hansı istisna yoxdur.

Eyni zamanda, xüsusi karantin rejiminə nəzarət və digər sahələrdə xidməti vəzifələri lazımı səviyyədə yerinə yetirməyən əməkdaşlar barəsində nazirlik tərəfindən araşdırma aparılaraq zəruri tədbirlər görülür və mülki vətəndaşlar kimi polis əməkdaşları da qanun qarşısında məsuliyyət daşıyırlar. Ümumən qanunu pozan polis əməkdaşı olsa belə, törətdiyi əməlin tərkib əlamətləri cinayətdirsə, o, məsuliyyətdən kənarda qalmır. Xidmətdə və fəaliyyətdə əsas prinsip qanunçuluq, vətəndaş məmnunluğunun təminatıdır.

Həmin hadisə ilə əlaqədar qanunvericiliyin tələblərinə uyğun olaraq Baş Prokurorluqda istintaq aparılır və sözsüz ki, nəticələri üzrə qanunauyğun qərar qəbul olunacaq”.

Müxtəlif iddialara gəlincə isə, E.Hacıyev bildirib ki, bu gözləniləndir:

“Xüsusi karantin rejimi dövründə ictimai-iaşə müəssisələrinin fəaliyyət qaydası Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən müəyyən edilib və bu baxımdan DİN əməkdaşlarının həmin qaydaları pozan obyekti aşkarlaması, irad bildirməsi və tədbir görməsi qanunvericiliyin tələblərinə tam uyğundur. Qarşı tərəfin bu tələbə etinasız münasibət göstərərək münaqişə yaratması arzuolunmazdır.

İctimai mövqeyindən asılı olmayaraq, hər kəs həyat və sağlamlıqla əlaqəli bu həssas və riskli dövrdə daha məsuliyyətli olmalıdır”.

www.yenicag.az

541
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv